image-n1karobka_ads
image-123
image-depositphotos_147536235_xl-2015-pic_32ratio_900x600-900x600-82617backend

İspaniyada həmvətənlərini istismar edən Ukrayna vətəndaşları həbs edilib

İspaniya Mülki Qvardiyası iki Ukrayna vətəndaşını öz həmvətənlərinin əməyinin istismarına görə həbs edib.

Bu barədə İspaniya Daxili İşlər Nazirliyinin saytında məlumat verilib.

Əndəlüs muxtariyyətinin Əlgeciras kəndində ər-arvad olan kişi və qadın saxlanılıb. Onlar sosial şəbəkələr vasitəsilə ukraynalı qadınlara layiqli şərtlərlə dayə işləri təklif etməkdə ittiham olunurlar, lakin əslində onlar ev qulluqçusu kimi istismar ediliblər.

İstintaq qadınlardan birinin şikayətindən sonra başlayıb. Məlum olub ki, bu ukraynalı qadınların hamısı əmək müqaviləsi olmadan işləyirmiş, onlara psixoloji zorakılıq edilib, işləyərkən yemək yemək, evdən çıxmaq və hətta digər işçilərlə ünsiyyət qurmaq qadağan edilib.

Mənbə: haberler.com

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki