image-2000x150px
image-123
image-ads_atlas
image-01b4b828-2736-450b-8340-1789f5140a44-resizebackend

İspaniyada teleqramın bloklanması qərarı ləğv edildi

image-728x90px

İspaniya Milli Məhkəmə Kollegiyası “Telegram”ı müvəqqəti bloklamaq barədə qərarını ləğv edib.

Doğru.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hakim Santiaqo Pedras belə bir tədbirin yersiz və qeyri-mütənasib olacağını hesab etdiyi üçün müvəqqəti bloklamaq əmrini ləğv edib.

Xatırladaq ki, İspaniyanın bir sıra media şirkətlərinin (EGEDA, “Mediaset Espana”, “A3 Media” və “Movistar Plus”) “Telegram”ı ölkədə feyk materialların yayılmasında ittiham etmələrindən sonra məhkəmə messencerin müvəqqəti bloklanması barədə qərar qəbul etmişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki