image-2000x150px
image-123
image-ads_atlas
image-shutterstock_1103801354-pic_32ratio_1200x800-1200x800-50403backend

İsraildə qadın orqazmının fizioloji mexanizmi aşkarlanıb

image-728x90px

Praqadakı Çarlz Universiteti və Çexiya Cinsi Sağlamlıq Mərkəzinin mütəxəssisləri israilli Roni Erez adlı qadının iştirakı ilə onun orqazma nail olmaq texnikasını sınaqdan keçirmək üçün eksperiment keçiriblər. Bu barədə İsrailin Ynet xəbər saytı məlumat yayıb.

Qadının sözlərinə görə, o, orqazmın fizioloji mexanizmini anlayıb və buna nail olmaq üçün “dalğa texnikası” yaradıb. Dalğa texnikası Roni Erez tərəfindən endometriozdan sonra uşaqlığı çıxarıldıqdan sonra təsadüfən kəşf edilib.

İsrailli qadından müxtəlif vaxtlarda orqazma çatmağın istəndiyi bir sıra təcrübələr nəticəsində texnikanın effektivliyi müəyyən edilib. Məşq orqazm zamanı çanaq əzələlərinin daralmasını ölçən sensorlarla təchiz olunmuş xüsusi vibrator vasitəsilə sınaqdan keçirilib. Alimlər orqazm zamanı yüksələn prolaktin hormonunun səviyyəsini də ölçüblər.

Mənbə: A Haber

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki