image-n1karobka_ads
image-123
image-6703ae0a02e8bd1fa613eeb5backend

İsrailin Danimarkadakı səfirliyi yaxınlığında yeni partlayış baş verib

image-ad_qayo_720x110px

Fələstinin HƏMAS-ın yəhudi dövlətinə hücumunun ildönümündə Kopenhagendə İsrail səfirliyi yaxınlığında partlayış baş verib.

Bu barədə məlumatı hüquq-mühafizə orqanlarının əməkdaşlarına istinadən “The Times of Israel” qəzeti yayıb .

Qeyd olunur ki, yeni partlayış İsrail səfirliyinin binası yaxınlığında baş verən əvvəlki iki partlayışdan 5 gün sonra baş verib.

“Biz, əlbəttə ki, İsrail səfirliyi yaxınlığında baş vermiş insidentlə əlaqənin olub-olmadığını araşdırırıq… Bunun belə olduğuna dair heç bir əlamət yoxdur”, – nəşr Metropoliten polis müfəttişi Trine Möllerdən sitat gətirir.

İsrailin Danimarkadakı səfirliyi yaxınlığında partlayışlar oktyabrın 2-də məlum olub. Hadisədən sonra polis İsrail diplomatik missiyası ərazisində mövcudluğunu artırıb.

Mənbə The Times of Israel qəzeti

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki