İsrailin Holon şəhərində yoldan keçənlərə bıçaqlı hücum nəticəsində 1 nəfər ölüb, ən azı 3 nəfər yaralanıb.
Bu barədə “The Times of Israel” məlumat yayıb.
Nəşrin məlumatına görə, hücumu İordan çayının qərb sahilindən olan bir fələstinli həyata keçirib. O, hadisə yerində güllələnib. Polis onun mümkün şərikləri haqqında məlumatları da yoxlayır.
Bundan əvvəl İsrailin İordan çayının qərb sahilində antiterror əməliyyatı keçirdiyi bildirilirdi.
DOĞRU.AZ