İranın İsrailin zərbələrinə cavabı qaçılmazdır, Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev deyib.
“İranın İsrailə cavabı qaçılmazdır… İsrailin hərəkətlərinə hüquqi, siyasi, hərbi və ya mənəvi baxımdan haqq qazandırmaq olmaz”, – o, Telegram kanalında yazıb.
Bundan əvvəl İsrailin müdafiə naziri İsrael Katz İrana “önləyici zərbə” endirəcəyini açıqlamışdı . İsrail ordusu Tehranın nüvə silahı yaratmaqda geri dönüşü olmayan nöqtəyə çatdığını bildirib.
İsrail zərbələr üçün 200 təyyarədən istifadə edib.
DOĞRU.AZ