İstanbulda baş verən zəlzələ zamanı Özbəkistan vətəndaşı qorxudan ölüb.
Bu barədə ölkənin Türkiyədəki Baş Konsulluğu məlumat yayıb.
“Bu faciəvi hadisə İstanbulda baş verən zəlzələ zamanı yuxarı mərtəbədə olan vətəndaşın həddindən artıq qorxu vəziyyətinə düşməsi nəticəsində baş verib”, – ölkənin baş konsulluğu Telegram kanalında bildirib.
Həmin şəxsin ürək çatışmazlığından əziyyət çəkdiyini də vurğuladılar.
Daha əvvəl İstanbulda silsilə təkanlar baş vermiş və zəlzələ nəticəsində 151 nəfərin yaralandığı bilinir . Bir gün sonra İstanbulun qərbində artçı təkanlar hələ də hiss olunurdu.
DOĞRU.AZ