Türkiyənin şəhərsalma və ətraf mühit naziri Murat Kurum İstanbulda baş verən zəlzələdən sonra mindən çox binanın cüzi ziyan gördüyünü bildirib.
“İstanbulda baş verən zəlzələdən sonra dəymiş ziyanı qiymətləndirməyə davam edirik”, o, X sosial şəbəkəsində yazıb.
Kurumun sözlərinə görə, ümumilikdə 1513 binaya baxış keçirilib, onlardan 1025-də cüzi ziyan aşkar edilib.
Aprelin 25-də İstanbulda yeni zəlzələ baş verib.
DOĞRU.AZ