Türkiyənin İstanbul hava limanının əməkdaşları turistin bir dəfəyə 80 telefon və 19 kq külçə qızıl aparmasının qarşısını alıblar.
Bu barədə polisin məlumatlarına istinadən Trt Haber telekanalı məlumat yayıb.
“İstanbul hava limanında qaçaqmalçılıq üçün nəzərdə tutulmuş külçə şəklində 19 kq qızıl müsadirə edilib”, – materialda deyilir.
Kanalın məlumatına görə, səyyahda iki oyun konsolu və dörd kamera da tapılıb. Həmin şəxs qaçaqmalçılıqda ittiham olunub.
Mənbə: TRT Haber