Rusiya Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti xəbər verir ki, Moskva vilayətinin İstra şəhərində iki yük maşını və iki minik avtomobilinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.
Mayın 5-də səhər saatlarında A-113 “Mərkəzi Dairəvi” avtomobil yolunun 314-cü km-də “Scania” markalı yük avtomobilinin sürücüsü, ilkin məlumatlara görə, “Mercedes” markalı yük maşını və iki minik avtomobili ilə toqquşub.
“Qəza nəticəsində “Scania”nın sürücüsü yerindəcə keçinib, “Mercedes”in sürücüsü isə bədən xəsarətləri alıb”, – idarənin Telegram kanalında deyilir.
Dövlət Yol Hərəkətinin Təhlükəsizliyi Müfəttişliyinin əməkdaşları hadisənin baş vermə səbəblərini müəyyənləşdirirlər.
Daha əvvəl bildirilmişdi ki, Tver vilayətində M-11 şosesində iki yük maşını və bir minik avtomobilinin iştirakı ilə baş verən qəzanın ehtimal olunan səbəbi avtomobili idarə edərkən partlayan yük maşını təkəridir.
DOĞRU.AZ