Moskva yaxınlığındakı İstrada oteldə 6 nəfərin zəhərlənməsi ilə bağlı cinayət işi açılıb.
Bu barədə Rusiyanın Moskva vilayəti üzrə GDU-nun Telegram kanalında məlumat verilib.
“Otellərdən birinin qonaqlarının zəhərlənməsi faktı ilə bağlı İstra şəhəri üzrə İstintaq İdarəsinin müstəntiqi cinayət işi (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 238-ci maddəsinin 1-ci hissəsi) başlayıb. Müstəntiqlər və kriminoloqlar insanların zəhərlənməsinə səbəb olan bütün halları müəyyən etmək üçün hadisə yerində işlərini davam etdirirlər”, – deyə məlumatda bildirilir.
Bundan əvvəl “Yahonta” otellər şəbəkəsinin baş direktoru Pavel Soxanev Gazeta.Ru-ya açıqlamasında İstrada iki otel qonaqının zəhərlənərək xəstəxanaya yerləşdirildiyini təsdiqləyib. Onun sözlərinə görə, xəstəxanaya yerləşdirilən qonaqlara korlanmış məzuniyyət üçün kompensasiya ödəniləcək.
Mənbə: Gazeta.ru