İsveçin Xarici Ticarət və İnkişaf üzrə Əməkdaşlıq naziri Benjamin Dausa bildirib ki, ABŞ-ın polad və alüminiuma tariflərinin tətbiqi cavab tədbirləri ilə nəticələnə bilər.
O, bu barədə SVT telekanalına müsahibəsində danışıb.
“Əgər ABŞ bizə qarşı tariflər tətbiq etsə, biz cavab tədbirləri tətbiq etməyə məcbur olacağıq”, – TASS onun sözlərindən sitat gətirir.
Nazirin sözlərinə görə, bu tədbirlərin mütənasib olması və İsveçin maraqlarını qoruması vacibdir.
Qeyd olunur ki, İsveçin 5,8 milyard İsveç kronu (təxminən 530 milyon dollar) dəyərində polad ixracının 8%-i İsveçin Aİ-dən kənarda ən böyük bazarı olan ABŞ-a gedir.
Bundan əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen ABŞ-ın Avropadan polad və alüminium ixracına tətbiq etdiyi rüsumlara sərt cavab verəcəyini vəd etmişdi.
DOĞRU.AZ