İsveçrənin Miqrasiya Katibliyi (SEM) Ukraynadan olan qaçqınların vətənlərinə könüllü qayıtmaları üçün onlara maliyyə yardımı təklif edə biləcəkləri konsepsiya hazırlayıb.
SwissInfo-nun məlumatına görə, SEM hər bir şəxsə 4,4 min dollara qədər ödəməyə hazırdır.
İsveçrə səlahiyyətliləri ölkədə qalan 70 min ukraynalı qaçqının təxminən 80%-nin öz istəkləri ilə Ukraynaya qayıtmağı seçəcəyini gözləyirlər. Qalan 20%, yəni təqribən 14 min nəfər miqrasiya S statusunun müddəti 2024 və ya 2025-ci ildə bitdikdən sonra da İsveçrədə qalacaq.
Mənbə: CNN Türk