image-2000x150px
image-123
image-ads_atlas
image-0io7cqn4npnxtawe8wttwuktnzkdwnfl3fpzwd1v_640backend

İtaliya parlamentində kütləvi davadan sonra 11 deputat vəzifəsindən kənarlaşdırıldı

image-728x90px

İyunun 13-ü İtaliya parlamentində baş verən kütləvi davadan sonra 11 deputat vəzifəsindən kənarlaşdırılıb. Parlament onların iclaslarda iştirakını müvəqqəti olaraq dayandırıb.

Qeyd olunur ki, davadan sonra parlament 11 deputatın 2 gündən 15 günə qədər işdən kənarlaşdırılmasına qərar verib.

Çəkilmiş kadrlardan görünür ki, parlamentarilərdən birinin İtaliya bayrağını açmasından sonra ən azı 20 nəfərin iştirakı ilə dava başlayıb.

Məlumdur ki, davaya mübahisəli qanun layihəsi səbəb olub və müxalifət bunun qəbuluna qarşı çıxıb.

Bildirilir ki, səlahiyyəti dondurulmuş deputatlardan bəziləri bu sanksiyaya etiraz edirlər.

Mənbə: Lenta.ru

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki