İtaliya sakini pişiyə bənzəmək üçün 20 plastik əməliyyat keçirib.
22 yaşlı Chiara Dell’Abate’nin dediyinə görə, o, 11 yaşında pirsinq etdirdikdən sonra görünüşünü dəyişməyə başlayıb. İllər keçdikcə onun bədən modifikasiyasına həvəsi daha da gücləndi və sonunda italyan pişik kimi olmağa qərar verdi.
“Mən həmişə pişikləri sevmişəm və düşünürəm ki, bir pişik kimi həqiqətən cəsarətli və şiddətli görünəcəyəm” dedi Chiara.
Hazırda qadının bədənində təxminən 72 pirsinq və 20 plastik əməliyyat var. Buna baxmayaraq, o, bununla dayanmaq niyyətində deyil və məqsədinə çatmaq üçün özündə daha nəyi dəyişdirmək istədiyini artıq bilir.
Mənbə: A Haber