image-ads_n1karobka_mobile
İtkin düşən əsgərimizin şəhid xəbəri gəldibackend

İtkin düşən əsgərimizin şəhid xəbəri gəldi

Vətən müharibəsində itkin düşən daha bir əsgərin şəhid olduğu müəyyənləşib.

Doğru.az xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıblar.

İmişli rayon sakini, 1997-ci il təvəllüdlü Məmmədli Cavidan Valeh oğlu oktyabrın 1-dən itkin düşüb. Dörd aydan sonra onun nəşi tapılaraq ailəsinə təhvil verilib.

Şəhid Cavidan Məmmədli bu gün doğulduğu rayonda dəfn ediləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki