image-n1karobka_ads
image-123
İtkin düşən polkovnik-leytenantımızın şəhid olduğu bildirildi.backend

İtkin düşən polkovnik-leytenantımızın şəhid olduğu bildirildi.

image-ad_qayo_720x110px

Doğru.az xəbər verir ki, 44 günlük Vətən müharibəsində itkin düşən polkovnik-leytenant Atəm Əliyevin şəhid olduğu məlum olub. Atəm Əliyevin şəhid olması ilə bağlı xəbəri şəhidimizin qardaşı Rəşad Əliyev deyib.

Şəhidimizin qardaşı açıqlamasında bildirib ki, Atəm Əliyevin nəşi işğaldan azad olunmuş ərazilərimizdən Gəncəyə gətirilib. Şəhid polkovnik-leytenantın cənazəsi sabah Gəncədən Ağdaşa gətirilərək Abad kəndində torpağa tapşırılacaq.

Xatırladaq ki, Atəm Əliyev 1982-ci ildə Ağdaşın Abad kəndində anadan olub.Ömrünün 20 ilini Azərbaycan Ordusuna həsr edib. Vətən müharibəsində taboru ilə birlikdə Murovdağın alınmasında iştirak edib, daha sonra həmin istiqamətdə gedən döyüşlərdə itkin düşüb.

Qeyd edək ki, Atəm Əliyevin iki övladı vətənə yadigar qaldı.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki