İvanovo vilayətində avtobusun sürüşərək yoldan çıxaraq aşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.
Regional Daxili İşlər Nazirliyinin Teleqram kanalında bildirilib ki , Privoljskdan İvanovoya gedən PAZ markalı adi sərnişin avtobusunun sürücüsü idarəetməni itirərək yoldan çıxıb.
“Avtobus aşıb. Qəza nəticəsində sürücü dünyasını dəyişib.
Avtobusda 14 sərnişin olub. İlkin məlumata görə, 3 sərnişin xəsarət alıb”, – məlumatda deyilir.
Hazırda qəzanın baş vermə şəraiti və səbəbləri araşdırılır.
Bundan əvvəl İvanovo vilayətində yük qatarı pivə daşıyan yük maşını ilə toqquşub, nəticədə iki nəfər ağır xəsarət alıb.
DOĞRU.AZ