image-2000x150px
image-123
image-ads_atlas
Kəlbəcərdə yerləşən külək elektrik stansiyası nəzarətimizə keçibbackend

Kəlbəcərdə yerləşən külək elektrik stansiyası nəzarətimizə keçib

image-728x90px

Doğru.az xəbər verir ki, Kəlbəcərin sərhəd ərazisində yerləşən külək elektrik stansiyası Azərbaycanın nəzarətinə keçib.

Bununla bağlı Ermənistanın insan haqları müdafiəçisi (ombudsman) Armen Tatoyan öz səhifəsində paylaşım edibdir.

Armen Tatyon paylaşımında bildirib ki, “200 hektarlıq ərazi hökumət tərəfindən biznesmenə 30 il müddətinə icarəyə verilmişdi.

Sonradan kadastr komitəsində iş adamının torpaq sahəsi almaq hüququ qeydiyyata alınıb.

2018-ci ildə isə şirkət elektrik enerjisi istehsal etmək üçün lisenziya almışdı.

Ancaq 25 noyabrdan sonra, Azərbaycan Silahlı Qüvvələri bu ərazilərə gəlib və şirkət fəaliyyətini dayandırmağa məcbur edilib”.

Məlumatda bildirilir ki, Azərbaycanın nəzarətinə keçən şirkətə ümumilikdə 5 milyon dollardan artıq ziyan dəyib.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki