Keniyanın paytaxtı Nayrobidə etirazçılar parlament binasına soxulublar.
Bu barədə Citizen telekanalı məlumat yayıb.
Materialda deyildiyi kimi, etirazçılar parlament binasına daxil olublar. Binanın bir hissəsində yanğın başlayıb.
Keniyada hökumətin bəzi mal və xidmətlərə vergiləri artırmaq planları fonunda yeni etiraz dalğası iyunun ortalarında başlayıb.
Bundan əvvəl ABŞ-ın Benin, Kot-d’İvuar və Qanada hərbi bazalar yarada biləcəyi məlum olub. ABŞ prezidenti Co Bayden Keniyanı NATO xaricində Amerikanın əsas müttəfiqi elan edib.
DOĞRU.AZ