Keniyanın paytaxtı Nayrobidə qaz doldurma zavodunda baş verən partlayış və ardınca yanğın nəticəsində 2 nəfər ölüb, 222 nəfər yaralanıb.
Bu barədə yerli “Standard” qəzeti hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Embakasi ərazisində yanğın fevralın 2-nə keçən gecə başlayıb. Nayrobidəki Mama Lucy Xəstəxanasına 142 böyüklər və 25 uşaq daxil olub, onların çoxu tənəffüs yollarından xəsarət alıb.
İki nəfərin – biri yetkin və biri azyaşlının ölümünü Embakasi prokuroru Uesli Kimeto açıqlayıb.
Mənbə: A Haber