image-2000x150px
image-123
image-ads_atlas
image-upload-kia-evday-kv-set1-ev-range-1-digital-1920x1080-pic_32ratio_1200x800-1200x800-18284backend

Kia iki yeni modeli təqdim etdi

image-728x90px

Kia özünün EV seriyasını təqdim etdi və iki indiyədək görünməmiş konseptual avtomobili daxil etdi.

Yeni modellərin görüntülərini Koreya brendinin mətbuat xidməti dərc edib.

Yeni məhsullar EV3 kompakt krossoveri və EV4 sedanıdır (yuxarıdakı fotoda dördüncü və ikinci modellər). Onların yanında mövcud EV5, EV6 krossoverləri və flaqman EV9 var. Şirkətin dediyi kimi, yeni EV3 və EV4-ün qiyməti 30 min dollardan 50 min dollara qədər olmalıdır.

EV3 modeli, kütləvi istehsala buraxılan iki yeni məhsuldan ilki olacaq, istehsalın 2024-cü ildə başlaması planlaşdırılır. Kia qeyd edib ki, 2026-cı ilə qədər ildə 1 milyon elektrikli avtomobil satmağı, 2030-cu ilə qədər isə satış həcmini 1,6 milyon ədədə çatdırmağı planlaşdırırlar. İstehsalçı yeni modellərin elektrik stansiyaları və avadanlıqları haqqında təfərrüatları açıqlamayıb.

Mənbə: Gazeta.ru

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki