İyulun 26-da Şimali Koreya lideri Kim Çen In Rusiyanın müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi Rusiya hərbi nümayəndə heyəti ilə birlikdə Pxenyanda keçirilən Silah Sərgisi 2023-ə baş çəkib.
Bu barədə “Koreya səsi” radiosu məlumat yayıb.
Məlumata görə, Şimali Koreya lideri və Şoyqu birlikdə müasir silahları araşdırıb, həmçinin silahların inkişafı üzrə qlobal tendensiyalar və strategiyaları müzakirə ediblər.
Daha əvvəl bildirilmişdi ki, Şoyqu iyulun 26-da Pxenyanda KXDR lideri ilə görüş zamanı ona Rusiya prezidenti Vladimir Putinin şəxsi mesajını verib.
Bu ərəfədə məlum olub ki, Pxenyanda Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu və onun KXDR-dən olan həmkarı Kanq Sun Nam arasında danışıqlar aparılıb.
Mənbə: BBC