image-n1karobka_ads
image-123
image-img_20250716_114635_371backend

Kolıma şossesində sel iki körpünü zədələyib, nəqliyyatın hərəkəti dayandırılıb

image-ad_qayo_720x110px

Rusiyanın Maqadan vilayətində güclü yağışlar nəticəsində Kolıma şossesində iki körpü və yol örtüyü sel suları ilə yuyulub.

Doğru.az xəbər verir ki, RİA Novosti-nin yaydığı məlumata görə, hadisə Susuman və Yaqodninski rayonlarının sərhədində, Ambardax axını və Çay-Urya çayı üzərindən keçən körpülərdə qeydə alınıb. Həmçinin Palatka–Kulu–Neksikan avtomobil yolunda da nəqliyyatın hərəkəti tamamilə dayandırılıb.

Susuman Bələdiyyəsinin administrasiyası bildirib ki, R-504 Kolıma magistralında nəqliyyatın hərəkəti müvəqqəti olaraq bağlanıb. Yağışların intensivliyi Nera çayının da səviyyəsinin kəskin şəkildə qalxmasına səbəb olub.

Xatırladaq ki, daha əvvəl Yakutiyanın üç rayonunun sakinlərinin daşqın təhlükəsinə görə təxliyəyə hazırlandığı bildirilmişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki