Bu barədə “Rusiya Dəmir Yolları”nın “Telegram” xəbərində deyilir.
“511 saylı Vorkuta – Novorossiysk sərnişin qatarının relsdən çıxdığı yerdə iki nəfərin meyiti tapılıb… Hazırda daha bir sərnişinin yerini müəyyənləşdirmək mümkün olmayıb.
Axtarışlar davam etdirilir”, – məlumatda deyilir.
Eyni zamanda, Rusiya Dəmir Yollarının mesajında həlak olanların yaxınlarına 2 milyon 25 min rubl məbləğində sığorta ödənişi veriləcəyi bildirilir. Bundan əlavə, şirkətdən əlavə 2 milyon rubl ödəməyə qərar verildi.
“Xəstəxanaya yerləşdirilən zərərçəkənlərə 1 milyon rubl, qalanlara isə 500 min rubl ödəniləcək”, – məlumatda deyilir.
Bundan əvvəl Komidə qatar vaqonlarının relsdən çıxmasından sonra fövqəladə vəziyyət tətbiq edilmişdi .
Həmçinin Komi rəhbəri Vladimir Uyba bildirib ki, qatar vaqonlarının relsdən çıxması nəticəsində on nəfər İnta xəstəxanasına yerləşdirilib.
DOĞRU.AZ