image-n1karobka_ads
image-123
image-6dc9702ae0dd88c91cb660db4ca39776backend

Konqoda gəminin batması nəticəsində 150-yə yaxın adam həlak olub

Konqoda göyərtəsində 500 sərnişinin olduğu taxta motorlu qayığın batması nəticəsində 148 nəfər ölüb, The Guardian qəzeti yerli hakimiyyət orqanlarına istinadən xəbər verir.

Eyni zamanda 100-dən çox insan itkin düşmüş hesab olunur.

Gəmi çərşənbə axşamı göyərtədə yemək bişirilərkən alov aldıqdan sonra batıb.

Aralarında qadın və uşaqların da olduğu bir çox sərnişin üzməyi bilməsələr də suya atılıblar. Qəzanın baş verdiyi ərazidə Qırmızı Xaç və yerli hakimiyyət orqanlarının iştirakı ilə xilasetmə əməliyyatı davam edir.

Sağ qalan 150-dən çox insan üçüncü dərəcəli yanıq xəsarəti alıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki