image-n1karobka_ads
image-123
image-ce4448ff-deff-3f24-b7c0-bdbfd4a8a9d3_850backend

Krasnodar diyarında 38 bina yanğından zərər çəkib

Novorossiysk yaxınlığında baş verən yanğın nəticəsində 38 binaya ziyan dəyib.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nazirlik nümayəndəsi qeyd edib ki, “Romantic” istirahət mərkəzinin ərazisində 30 binaya ziyan dəyib.

“Mavi dalğa” istirahət mərkəzinin ərazisində 8 tikili və 5 minik avtomobili yanğından zərər çəkib”, – deyə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Bundan əvvəl Novorossiysk yaxınlığındakı yanğın yerinə İl-76 təyyarəsi, Ka-32 və Mi-8 helikopterləri gəlib.

Mənbə RİA Novosti

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki