image-n1karobka_ads
image-123
image-68bc333302e8bd41d9450ee3backend

Krımda 150 hektarlıq landşaft yanğını baş verib

image-ad_qayo_720x110px

Krım Respublikasının Simferopol vilayətində böyük landşaft yanğını qeydə alınıb.

Doğru.az xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin regional qərargahının məlumatına görə, yanğın Kamışinka kəndi yaxınlığında baş verib və 150 hektar ərazini əhatə edib.

Məlumatda bildirilib ki, hava şəraiti yanğının söndürülməsini çətinləşdirib. Hadisə yerinə aviasiya qüvvələri cəlb olunub.

Qeyd olunur ki, yanğının yaşayış məntəqələrinə keçməsinin qarşısını almaq üçün şumlama işləri aparılır və minerallaşmış zolaqlar yaradılır.

Xatırladaq ki, avqustun sonunda Krımda təxminən 7 min hektarlıq ərazini əhatə edən yanğın qeydə alınmışdı.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki