Krımda baş verən təbii yanğının sahəsi 40 hektara çatıb.
Doğru.az xəbər verir ki, Krım Fövqəladə Hallar Nazirliyi Simferopol vilayətində yanğının sahəsinin artaraq 40 hektara yüksəldiyini açıqlayıb.
Bundan əvvəl nazirlik 21 hektar ərazini əhatə edən quru bitki örtüyündə yanğın başladığını bildirmişdi. Yanğın hələ də nəzarət altına alınmayıb.
DOĞRU.AZ