image-n1karobka_ads
image-123
image-zelzeleeebackend

Kuril adaları yaxınlığında 5,7 bal gücündə dörd zəlzələ baş verib

Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsinin saytı xəbər verir ki, Sakit Okeanın Kuril adalarının şimal qrupundan bir qədər də uzaq olmayan ərazidə maqnitudası 5,7-yə çatan dörd zəlzələ qeydə alınıb.

Ən güclü zəlzələnin episentri Paramuşir adasındakı Severo-Kurilsk şəhərindən 206 kilometr şərqdə yerləşib. Şəhərdə yeraltı təkanlar iki bal gücündə hiss olunub.

Digər üç zəlzələnin gücü 4,5, 5,0 və 5,4 bal olub.

Bundan əvvəl avqustun 16-da Türkmənistanda 5,3 bal gücündə zəlzələnin baş verdiyi bildirilirdi. Yeraltı təkanların mənbəyi 48 kilometr dərinlikdə olub.

Mənbə: Lenta.ru

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki