2024-cü ildə AvtoVAZ daha güclü mühərrikli Lada Vesta Sport modelini buraxmağı planlaşdırır.
Bu barədə “Za Rulem” jurnalının baş redaktoru Maksim Kadakov danışıb.
Kadakovun sözlərinə görə, gələn il Lada Vesta 122 at gücünə malik 1,8 litrlik mühərriklə təchiz edilməyə başlayacaq və Vesta Sport üçün bu mühərrik 145 at gücünə qədər artırılacaq.
Bundan əlavə, AvtoVAZ Vesta Sport-da daha yüksək gücə malik mühərrik quraşdırmağı planlaşdırır. Avtomobil eksperti qeyd edib ki, model 180-190 at gücünə malik idxal edilmiş mühərrik ala bilər, Çin istehsalçılarında belə aqreqatlar var.
Mənbə: Lenta.ru