20 Yanvar faciəsinin 34-cü ildönümü əlaqədar şəhidlərin xatirəsi rayon sakinləri tərəfindən hörmətlə anılıb.
Doğru.az xəbər verir ki, öncə rayon icra hakimiyyəti başçısı Əkbər Abbasov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri “Şəhidlər” abidə kompleksini ziyarət edib, abidənin önündə qərənfillər düzərək şəhidlərin xatirəsini hörmətlə yad ediblər.
Gün ərzində rayon sakinləri tərəfindən Lerik şəhərindəki “Şəhidlər” abidə kompleksi ziyarət edilib, önünə gül-çiçək dəstələri düzərək şəhidlərin xatirəsinə sonsuz ehtiramlarını bildiriblər.
20 Yanvar faciəsi ilə əlaqədar saat 12.00-da rayon ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
DOĞRU.AZ