Qırx dörd günlük İkinci Qarabağ müharibəsi qələbə zəfəri ilə tarixin yaddaşına həkk olundu. Azərbaycan xalqına bu sevinci yaşadan başda Ali Baş Komandan İlham Əliyev olmaqla, şanlı ordumuz oldu.
Doğru.az xəbər verir ki, Azərbaycanın hər bir guşəsindən döyüşə yollanan igidlərimizdən biri də Lerikin Şinəband kənd sakini Yunusov Elxan Balaşirin oğlu olubdur.
İgidimizin döyüş yoluna nəzər salsaq, görərik ki, Elxan Yunusov Hadrut, Şuşa istiqamətində gedən döyüşlərdə şucaət göstərib. İşğalda olan əzəli torpaqlarımızın azad olunmasında onunda xidmətlərinin danılmaz olduğunu qeyd etmək olar.
Qeyd edək ki, vətənpərvər ruhlu bir ailədə böyüyən igidimizin atasıda Birinci Qarabağ döyüşlərində iştirak edərək, düşmənə qan uddurmağı bacarıbdır.
Bu gün fəxarət hissi ilə deyə bilər ki, Elxan Yunusov kimi igid oğullarımız var.
Unutmayaq ki, bu vətən üçün şirin canından keçib, şəhid olan oğullarımız tariximizin silinməz yaddaşı, igidcəsinə döyüşüb evinə dönən Elxan Yunusov tək igidlərimiz isə bu Vətənin canlı əfsanələridir.




