image-n1karobka_ads
image-123
Liviyalı səfir Zəngilanda dağıdılmış məsciddə namaz qıldıbackend

Liviyalı səfir Zəngilanda dağıdılmış məsciddə namaz qıldı

image-ad_qayo_720x110px

Doğru.az xəbər verir ki, Liviyanın Azərbaycandakı səfiri Saad Mustafa Bajbir Zəngilanda ermənilər tərəfindən dağıdılmış məsciddə namaz qılıb.

“Həmd olsun ki, biz bura gəldik, məscid öz sahiblərinə qayıtdı və biz burada namaz qıla bildik”, – deyə səfir namazdan sonra deyib.

Qeyd edək ki, Azərbaycandakı xarici diplomatlar Cəbrayıl və Zəngilana gediblər. Prezident İlham Əliyevin təlimatına əsasən, səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərlərinin Ermənistanın işğalından azad olunmuş ərazilərə səfərləri təşkil edilir. Məqsəd həmin ərazilərdə erməni vandallığını xarici diplomatlara əyani şəkildə göstərməkdir.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki