Los-Anceles qraflığında Castaic gölünün yaxınlığında 20 kvadratmetrdən çox ərazini əhatə edən yeni meşə yanğını başlayıb.
CNN Kaliforniya Meşə Təsərrüfatı və Yanğından Mühafizə Departamentinə istinadən xəbər verir.
Səlahiyyətlilər yaxınlıqdakı ərazilərin sakinlərinin təxliyə edildiyini açıqlayıb.
Şerifin əmrinə əsasən, 31 minə yaxın sakin məcburi şəkildə evlərini tərk etməlidir, daha 23 min nəfər isə mümkün təxliyə ilə bağlı xəbərdarlıq edilib.
Bundan əvvəl The New York Times Los-Ancelesdə havada qurğuşun miqdarının normadan 100 dəfə çox olduğunu yazmışdı.
Los-Ancelesdə baş verən yanğınlarda ölənlərin sayı 27-yə çatıb.
DOĞRU.AZ