image-n1karobka_ads
image-123
image-688220c6ae5ac95cca4b882dbackend

Lukaşenkodan Estoniya sanksiyalarına istehzalı reaksiya

image-ad_qayo_720x110px

Belarus Prezidenti Aleksandr Lukaşenko Estoniyanın ona və ölkəsinin vətəndaşlarına qarşı tətbiq etdiyi sanksiyalara istehzayla cavab verib.

Doğru.az xəbər verir ki, bu barədə respublika liderinin mətbuat katibi Nataliya Eysmont BELTA-nın Telegram kanalına açıqlamasında bildirib.

“Təəssüf ki, mən heç vaxt Estoniyada olmamışam… Sanksiyaların tətbiqindən sonra isə maraqlanıram: görəsən, sağ qalmışam, ya yox”, – deyə Eysmont Lukaşenkonun fikirlərindən sitat gətirib.

Xatırladaq ki, Estoniya hökuməti Lukaşenko da daxil olmaqla 273 Belarus vətəndaşının ölkəyə girişinə qeyri-müəyyən müddətə qadağa qoyub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki