image-n1karobka_ads
image-123
image-686a4c80ae5ac932dc33c1d5-1backend

Macarıstanda ukraynalıların olduğu avtobus qəzaya uğrayıb: 19 nəfər xəsarət alıb

Doğru.az xəbər verir ki, Macarıstanda ukraynalı sərnişinləri daşıyan avtobus səhər saatlarında qəzaya uğrayıb. Hadisə Kunszentmárton və Tiszaföldvar şəhərləri arasında baş verib.

STRANA.ua-nın məlumatına görə, naməlum səbəbdən avtobus sürüşərək dəmir yolu bəndinin yaxınlığında xəndəyə düşüb və aşıb. Nəticədə 17-si uşaq olmaqla 19 nəfər xəsarət alıb. Yaralılardan 4-nün vəziyyəti ağır qiymətləndirilir.

Avtobusun salonunda ümumilikdə 77 nəfər olub.

Qeyd edək ki, bir müddət əvvəl də Ukraynanın Çerkassı vilayətində TTK işçiləri və saxlanılan şəxslərin olduğu avtobus da qəzaya uğramışdı.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki