Venesuela prezidenti Nikolas Maduro 2018-ci il avqustun 4-də Bolivar Respublikasının liderinin Karakasda çıxışı zamanı ABŞ-ın keçmiş prezidenti Donald Trampı ona qarşı sui-qəsd təşkil etməkdə ittiham edib.
“Report” TASS-a istinadən xəbər verir ki, Maduro müvafiq bəyanatla Venesuela Milli Qvardiyasının 86-cı ildönümünü qeyd edib.
“Bir neçə ildən sonra keçmiş prezident Donald Trampın, Ağ Evin və Kolumbiya prezidentinə sui-qəsd hazırlamağı əmr edən Donald Tramp hökumətinin şəxsi və birbaşa məsuliyyəti məlum oldu”, – deyə siyasətçi bildirib.
Onun sözlərinə görə, Kolumbiyanın keçmiş prezidenti Xuan Manuel Santos “hakimiyyətdə olduğu son günlərdə bir terror qruplaşmasının təlimini maliyyələşdirib və sui-qəsddən bir neçə gün əvvəl Venesuelada çox tezliklə çöküş və rejim dəyişikliyi olacağını bəyan edib”.
Mənbə: Report