ABŞ-ın Nyu-York şəhərində yerləşən Manhettendə hündürmərtəbəli binada baş verən atışma faciə ilə nəticələnib.
Doğru.az xəbər verir ki, New York Post-un məlumatına görə, hadisə nəticəsində 5 nəfər, o cümlədən bir polis məmuru həlak olub, 6 nəfər isə ağır yaralanıb.
Hadisəni törətməkdə şübhəli bilinən şəxsin 27 yaşlı Şeyn Temur olduğu bildirilir. Onun təkbaşına hərəkət etdiyi və üzərindən AR-15 tipli avtomat silahın tapıldığı qeyd olunub.
Hazırda binada axtarışlar davam edir. Qurbanların sayının arta biləcəyi istisna olunmur.
ABC telekanalı daha əvvəl atəş açan şəxsin intihar etdiyini xəbər verib.
DOĞRU.AZ