image-2000x150px
image-123
image-ads_atlas
image-cfba0501-ccf5-3081-8c92-91c30b9f4af5_850backend

Masallıda toyuq kəsim sexinin işi məhdudlaşdırılıb

image-728x90px

Masallıda toyuq kəsim sexinin işi məhdudlaşdırılıb.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Daxil olan şikayət əsasında Masallı rayon sakini, fiziki şəxs Mirramil Mirhüseyn oğlu Feyziyevə məxsus toyuq kəsim sexinə baxış keçirilib. Baxış zamanı sexdə sanitar-gigiyenik tələblərə, qida təhlükəsizliyi baxımından texniki normativ hüquqi aktlarının tələblərinə əməl olunmadığı aşkarlanıb və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

Bundan əlavə, kəsilmiş toyuq məhsullarından nümunə götürülərək müayinə olunması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib. Daxil olan şikayətlə bağlı araşdırma davam etdirilir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki