image-2000x150px
image-123
image-ads_atlas
image-mehkemebackend

Məhkəmə direktor haqqında paylaşımlar edən katibə ilə bağlı qərar çıxardı

image-728x90px

Ali Məhkəmədə Astara rayon F.Əliyarov adına 6 saylı tam orta məktəbin direktorunun katibəsi Validə Məmmədovanın barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərar tamamilə ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.

Qeyd edək ki, Astara Rayon Məhkəməsində V.Məmmədova barəsində direktor Ülviyyə Bayramovanın etdiyi xüsusi ittiham qaydasındakı şikayətə baxılıb. Ü.Bayramova katibənin Cinayət Məcəlləsinin 147.2-ci (Böhtan) maddəsinə uyğun cəzalandırılmasını tələb edib.

Araşdırmalar zamanı məlum olub ki, Validə Məmmədova direktora oğlunu işə götürülməsi ilə bağlı müraciət edib. Ü.Bayramova məktəbdə yaranacaq vakant yerə qaydalara uyğun olaraq şəhid ailə üzvlərindən, qazi və müharibə iştirakçılarından müraciət edən olmayacağı təqdirdə V.Məmmədovanın oğlunun işlə təmin olunmasına köməklik göstərəcəyini bildirib. Lakin məktəbdə yaranmış vakant yerə şəhid ailəsi üzvünün götürülməsi V.Məmmədovanın direktora qarşı münasibətinin dəyişməsinə səbəb olub. V.Məmmədova müxtəlif dövlət orqanlarına şikayət məktubları yazaraq direktoru rüşvətxorluqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham edib. Şikayət məktubları araşdırılıb, məktəbdə vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvətxorluq və korrupsiya hallarının olmadığı müəyyən edilib.

Direktor Ü.Bayramova məhkəmədə V.Məmmədovanın qanunun tələbinə uyğun şəkildə cəzalandırılmasını tələb edib. V.Məmmədova isə özünü təqsirli bilməyib.

Astara Rayon Məhkəməsi direktorun şikayətini təmin edib. V.Məmmədovaya qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 6 ay islah işləri cəzası verilib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki