image-2000x150px
image-123
image-ads_atlas
image-ictimai_1f69d4e4b26b173153d2b5d48409eda4_g7zvoxtshwfcr9pu5ea1-e1695802935411-620x460backend

Mənəvi dəyərlərin təbliğində media və QHT-lərin rolunun artırılması konfransı keçiriləcək

image-728x90px

Sentyabrın 29-da Mənəvi Dəyərlərin Təbliği Fondu və “İRƏLİ” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Unudulmaz Dəyərlər: Mənəvi dəyərlərin təbliğində media və QHT-lərin rolunun artırılması” konfransı keçiriləcək.

Doğru.az xəbər verir ki, bu barədə “İRƏLİ” İctimai Birliyinin Mətbuat xidmətindən məlumat verilib. Media qurumlarının rəhbərləri və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə keçirilməsi nəzərdə tutulan konfransda ümumi çıxışlar və panel müzakirələrin keçirilməsi planlaşdırılır.

Qeyd olunub ki, konfransın keçirilməsində əsas məqsəd media qurumları və qeyri-hökumət təşkilatları nümayəndələri ilə qarşılıqlı əlaqələri gücləndirmək və milli-mənəvi dəyərlərin təbliği istiqamətində əməkdaşlıq şəraitində səyləri artırmaqdır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki