image-2000x150px
image-123
image-ads_atlas
image-rtx6v6kr-pic905-895x505-3917backend

Milyarder Cek Ma yoxsullaşıb

image-728x90px

Alibaba Group-un həmtəsisçisi, çinli milyarder Cek Ma Çin hakimiyyəti ilə təxminən iki il davam edən münaqişə ucbatından şəxsi sərvətinin 30 milyard dollarını itirib.

Bu barədə Business Insider məlumat yayıb.

Çinin mərkəzi bankının Ma-nın həmtəsisçisi olduğu texnoloji nəhəng Ant Group-a 7,12 milyard yuan (cari məzənnə ilə 985 milyon dollar) cərimə tətbiq etməsindən sonra iş adamının sərvəti rekord həddə düşüb.

İyulun 12-nə olan məlumata görə, Ma-nın sərvəti təxminən 30 milyard dollar təşkil edir – bu, Pekin ilə münaqişədən əvvəl 2020-ci ilin oktyabrında şəxsi maliyyəsinin yarısıdır.

Mənbə: A haber

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki