Mingəçevir stansiyasından 15 km cənub-şərqdə, Yevlax rayonu ərazisində zəlzələ baş verib.
Respublika Seysmoloji Xidmət Mərkəzindən Doğru.az-a verilən məlumata görə, yerli vaxtla saat 21:35-də baş verən yeraltı təkanların maqnitudası 3,0 olub. Zəlzələ ocağı 31 km dərinlikdə yerləşib.
Yeraltı təkanlar əhali tərəfindən hiss olunmayıb.
DOĞRU.AZ