Yaponiyanın Mitsubishi şirkəti 2025-ci ildə Mirage hetçbekləri və sedanlarının istehsalını dayandırmağı planlaşdırır.
Bu barədə motor1.com məlumat yayıb.
Model Amerika bazarında təqdim olunur.
Nəşrin yazdığına görə, Mitsubishi Mirage-nin istehsalının başa çatması birbaşa alıcıların avtomobilə marağının olmaması ilə bağlıdır. 2022-ci ildə modelin ABŞ-da satışları 31%, 2023-cü ilin birinci yarısında isə 44% azalıb.
Mitsubishi model seriyasında Mirage modeli giriş səviyyəli avtomobil kimi xidmət edir. ABŞ-da hetçbekin qiyməti 16 245 dollar, sedanın qiyməti isə 17 245 dollar təşkil edir.
Mənbə: Autotech