image-n1karobka_ads
image-123
image-1697911690_yuubackend

Moskvada törədilən terror aktından sonra Qırmızı Meydana giriş bağlanıb

image-ad_qayo_720x110px

Moskva yaxınlığında, Krasnoqorskda “Crocus City Hall”da 60-dan çox insanın həlak olduğu terror aktından sonra hüquq-mühafizə orqanları Moskvanın mərkəzində Qızıl Meydanı tamamilə əhatəyə alıb.

Doğru.az xəbər verir ki, meydana bütün girişlər bağlanıb, polis əməkdaşları və çevik qüvvələr növbə çəkir.

Qeyd edək ki, martın 22-də törədilən terror aktı zamanı 60-dan çox insan ölüb, qurbanların sayının artacağı istisna edilmir. Eyni zamanda, 115 zərərçəkən xəstəxanaya yerləşdirilib, 30-dan çox insan isə ambulator yardıma müraciət edib. Moskvada yaxın iki gün ərzində bütün kütləvi tədbirlər ləğv edilib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki