image-n1karobka_ads
image-123
image-screenshot_20250903_104519_gallerybackend

Müğənni Vaqif Nağıyev avtomobil qəzası keçirib

image-ad_qayo_720x110px

Müğənni Vaqif Nağıyev avtomobil qəzası keçirib.

Axşam.az-a istinadən məlum olub ki, bu barədə o, “Xəzər axşamı” proqramına telefon zəngi ilə qoşularaq məlumat verib:

“Verilişinizə gəlirdim, taksidə idik. Kaş öz maşınımla gələrdim. Gözüm telefonda idi, bilmədim necə oldu, bir də gördüm ki, göydəyik. Sürücünün vəziyyəti pisdir. İndi şahid kimi burada qalmışam.

Taksi başqa maşınla toqquşdu. Bilmirəm günah kimdə oldu. Gəldiyim maşının yarısı yoxdur. Hazırda səhhətimdə ciddi bir şey olduğunu düşünmürəm. Müayinəyə gedəcəyəm” – deyə Vaqif Nağıyev bildirib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki