image-ads_n1karobka_mobile
image-676adaf502e8bd20500f9b0ebackend

Münhendə qocalar evində baş verən yanğında 7 nəfər xəsarət alıb

image-add-a-heading

Almaniyanın Münhen şəhərində qocalar evində baş verən yanğında 7 nəfər xəsarət alıb.

Bu barədə Bild yazır.

“60 nəfər qocalar evindən təxliyə edilib. Onlardan yeddisi yaralanıb”, – materialda deyilir.

Yanğın nəticəsində binanın bir hissəsi dağılıb, üst mərtəbə və taxtadan olan zəng qülləsi yanır. Hadisə yerində 100-dən çox yanğınsöndürən var.

Bildirilir ki, bina memarlıq abidələri siyahısına daxildir.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki