NATO-nun Haaqa sammitində Ukraynaya dəstək bəyanatları Kiyev və Vladimir Zelenskinin düşdüyü çətin vəziyyəti yaxşılaşdırmayacaq.
Bu fikri Britaniyanın “The Telegraph” qəzeti yazır . Qeyd edilir ki, yekun kommünikedə Ukraynadakı münaqişənin pisləndiyi qeyd olunmur və bu, NATO ölkələrinin mövqeyinin dəyişdiyini göstərir.
“Adi dəstək bəyanatlarına baxmayaraq, çətin vəziyyətdə olan onun (Zelenski – RT ) ölkəsi üçün heç bir rahatlama görünmür ”, – nəşr yazır.
Bundan əvvəl Macarıstanın baş naziri Viktor Orban bəyan etmişdi ki, NATO-nun Haaqa sammitində Ukraynanın alyansa daxil olmasının əleyhdarları qalib gəliblər.
DOĞRU.AZ