image-n1karobka_ads
image-123
image-kfhhjyuqo1ujbjwmzvhgfirpxzgomcn9hcdclmk4_640backend

NATO Ukraynaya 200 milyard dollar ayıra bilər

image-ad_qayo_720x110px

NATO Ukraynaya dəstək üçün beş il ərzində əvvəlcədən planlaşdırıldığı kimi 100 milyard dollar deyil, iki dəfə çox vəsait ayırmaq variantını nəzərdən keçirir.

Bu barədə Almaniya və bəzi digər alyans ölkələrindəki mənbələrə istinadən “Handelsblatt” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, bu təklif alyansın xarici işlər nazirlərinin Praqada keçiriləcək iclasında müzakirə olunacaq və qərar qəbul olunarsa, iyulda Vaşinqtonda keçiriləcək sammitdə veriləcək.

İlk vəsaitlər ittifaq ölkələri liderlərinin iyulun 9-11-də Vaşinqtonda keçiriləcək NATO sammitində imzalayacaqları paket sazişlər çərçivəsində Ukraynaya köçürüləcək.

Mənbə: TASS

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki